Saytımızı qiymətləndirin


 
 

Şoyqu Putinin mesajlarını Kim Çen Ina çatdırdı - FOTOLAR
Tarix: 27-07-2023 | Saat: 11:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Şoyqu Putinin mesajlarını Kim Çen Ina çatdırdı - FOTOLAR

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla görüşüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Şimali Koreyanın "Koreya səsi" radiostansiyası məlumat yayıb.

 

Görüş zamanı təhlükəsizlik məsələləri müzakirə olunub. Şoyqu Şimali Koreya liderinə Rusiya prezidenti Vladimir Putinin məktubunu çatdırıb. “Həmsöhbətlər Koreya-Rusiya dostluğunun dərin köklərə malik tarixini hərarətlə xatırladılar, milli müdafiə və təhlükəsizlik, regional və beynəlxalq təhlükəsizlik şəraiti ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri qiymətləndirdilər, fikir mübadiləsi apardılar və fikir birliyinə nail oldular”, - deyə məlumatda bildirilir.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər qlobal və regional təhlükəsizlik mövzusu ətrafında fikir mübadiləsi aparıblar. 

 

Kim Çen In Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyətini Şimali Koreyaya göndərdiyinə görə Putinə təşəkkür edib və deyib ki, səfər Şimali Koreya ilə Rusiya arasında “strateji və ənənəvi” münasibətləri dərinləşdirib.

 

Radiostansiya bildirir ki, Şoyqu Şimali Koreya lideri ilə birlikdə Pxenyanda silah sərgisini ziyarət edib. Qeyd olunur ki, KXDR lideri Sergey Şoyqu ilə söhbəti zamanı Rusiya ordusu və xalqının güclü dövlət qurmaq uğrunda mübarizədə böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Bu gün isə Şoyqu Koreya xalqının 1950-1953-cü illər müharibəsində qələbəsinin 70 illiyi şərəfinə Pxenyanda keçiriləcək hərbi paradda iştirak edəcək.



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər