Saytımızı qiymətləndirin


 
 

Elçin Əmirbəyov: Fransa ilə münasibətlərdə pisləşmənin səbəbi onun ermənipərəst mövqeyidir
Tarix: 29-12-2023 | Saat: 11:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Elçin Əmirbəyov: Fransa ilə münasibətlərdə pisləşmənin səbəbi onun ermənipərəst mövqeyidir

Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi Azərbaycanla münasibətlərdə müşahidə olunan pisləşmənin səbəbidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.

Elçin Əmirbəyov bildirib ki, uzun müddətdir Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar isə hərbi dəstək verən Fransa öz təxribatları ilə Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə olunması perspektivlərini sarsıtmağa çalışır:

“Açıq-aşkar anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan istifadə etmək cəhdləri Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan reputasiyasını tamamilə sarsıdıb.

Bununla yanaşı, Fransaya aparıcı rollardan birinin həvalə edildiyi Avropa İttifaqına Bakının etibar göstərməsinə ciddi ziyan vurub”.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarük etməsi Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi pozur.

“Parisin İrəvana ölümcül silahlar tədarük etməsi Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi pozur, regionu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni surətdə ləngidir.

Görünən odur ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və ətraf rayonların 30 illik qanunsuz erməni işğalına son qoyan Azərbaycanın qələbəsini həzm edə bilmir”, - Elçin Əmirbəyov əlavə edib.

Qeyd edək ki, Azərbaycan Fransanın iki diplomatını "persona non grata" elan edib, Fransa da buna cavab olaraq Azərbaycanın iki diplomatı barədə analoji addımı atıb.



Xəbəri paylaş

1197 dəfə oxunub.

Digər xəbərlər