Saytımızı qiymətləndirin


 
 

Ayaz Mütəllibovun oğlu da İlham Əliyevə SƏS VERƏCƏK
Tarix: 27-12-2023 | Saat: 17:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ayaz Mütəllibovun oğlu da İlham Əliyevə SƏS VERƏCƏK

 

Azərbaycan Respublikasının birinci prezidenti mərhum Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov növbədənkənar Prezident seçkilərində İlham Əliyevə səs verəcək.

 

Qarabaginfo.az xəbər verir ki, bunu modern.az-a Ayaz Mütəllibovun uzun müddət köməkçisi olmuş Qulu Həsənoğlu deyib.

 

"2014-cü ildən mərhum prezident Ayaz Mütəllibovun köməkçisi olmuşam. Ümumiyyətlə, Mütəllibovlar ailəsi cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyiblər. 2014-dən bəri bu dəstək daha intensiv olub.  2016-cı il referendumunda da vitse-prezidentlik institutunun yaradılmasına Mütəllibovlar ailəsi “hə” deyib. İndi keçiriləcək səsvermədə mərhum prezidentin oğlu və ailə üzvləri də iştirak edəcəklər. Onlar hazırkı Prezident İlham Əliyevə səs verəcəklər. Bu gün cənab İlham Əliyevin alternativi yoxdur".

 

Q.Həsənoğlu mərhum eks-prezidentin xatirəsinin yaşadılması istiqamətində işlər görüldüyünü də söyləyib:

 

"Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən verilən tapşırıqla ona xatirə abidəsi qoyulub. Bu zaman mərhumun ailəsinin rəyi də nəzərə alınıb. Məzarında büstü qoyulub. Ailəsi ilə zəngləşirik. Mərhum Ayaz müəllimin oğlu Zaur Mütəllibov Azərbaycanda bəzən olur, bəzən yox. Dost əlaqələrimizi qalır. Zaur Mütəllibov ixtisasca həkimdir. Lakin bildiyimə görə indi başqa sahədə çalışır".

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) 15 nəfərin namizədliyinin irəli sürüldüyünü təsdiq edib.

 

Xatırladaq ki, Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat edib. Sabiq prezident Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər
25-02-2023, 11:12 Lukaşenko Çinə gedir