Saytımızı qiymətləndirin


 
 

“Rusiya Qarabağın bərpası üçün 22 layihə təqdim edib” –Dumanın deputatı Dmitri Savelyev
Tarix: 16-12-2023 | Saat: 10:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Rusiya Qarabağda dinc həyatın bərpası prosesində ən fəal şəkildə iştirak edir”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərtac-a müsahibəində deyib.

“Hazırda Azərbaycanın nazirlikləri Rusiyanın Qarabağın dirçəldilməsinə kömək olacaq 22 irimiqyaslı layihəsini nəzərdən keçirirlər. Söhbət energetikanın, kənd təsərrüfatının, dəmir yolu nəqliyyatının və s. həyati vacib sahələrdəki layihələrdən gedir” -deyə D.Savelyev bildirib.

Onun sözlərinə görə, hazırkı Rusiya-Azərbaycan münasibətləri yüksəlməkdədir: “Bu yüksəlişə xeyli dərəcədə qarşılıqlı inam və dövlətlərimizin başçılarının böyük səyləri kömək olub. Bu səylər sayəsində Rusiya və Azərbaycan arasında ənənəvi mehriban qonşuluq və strateji tərəfdaşlıq beynəlxalq arenada əsl müttəfiqlik münasibətlərinə çevrilib”.

“Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi və Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası bir çox halda ölkələrimiz və onların liderləri arasında dərin qarşılıqlı anlayış və müttəfiqlik dəstəyinin nəticəsidir”-deyə D.Savelyev vurğulayıb.



Xəbəri paylaş

162 dəfə oxunub.

Digər xəbərlər
16-08-2023, 12:57 Xarici diplomatlar Ağdamda