Saytımızı qiymətləndirin


 
 

General-mayor rütbəsi verilən hərbçilər KİMLƏRDİR...
Tarix: 07-11-2023 | Saat: 14:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

General-mayor rütbəsi verilən hərbçilər KİMLƏRDİR...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin 3 polkovnikinə “general-mayor” ali hərbi rütbəsi verilib.

 

Qarabaqinfo.az  yüksək rütbə verilən hərbçilərin kimliyini araşdırıb.

 

“General-mayor” rütbəsinə layiq görülən Müşfiq Məmmədov Azərbaycanın Türkiyədəki hərbi attaşesidir. Zabitimiz, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Bolqarıstan Respublikasında akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edir. O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Ali hərbi rütbə verilən Fərid Əliyev isə 2023-ü ilin əvvəlinədək Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. F.Əliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamı ilə bu vəzifəyə təyin edilmişdi.

 

O, əmək fəaliyyətinə 2009-cu ildə Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük vergi və yığımları şöbəsinin inspektoru vəzifəsində başlayıb. 2011-ci ildən 2017-ci ilədək DGK-nın Audit və Risk Analizləri İdarəsinin Audit şöbəsinin baş inspektoru, 2017-ci ildən 2018-ci ilədək Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük dəyəri şöbəsinin rəisi vəzifələrində çalışıb. F.Əliyev 2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

 

Bu ilin yanvarında işdən ayrılan 36 yaşlı gömrük xidməti polkovniki Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat alıb.

 

Namiq Bayramov haqqında ətraflı məlumat tapmaq mümkün olmayıb. O, 2015-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
 



Xəbəri paylaş

168 dəfə oxunub.

Digər xəbərlər