Saytımızı qiymətləndirin


 
 

Hərbi Hava Qüvvələrində NATO-nun təlimi keçirilib-FOTO
Tarix: 16-12-2023 | Saat: 10:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2-ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.

Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər