Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda benzin istehsalı 15%-dən çox artıb - CƏDVƏL
Tarix: 15-12-2023 | Saat: 14:21
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda benzin istehsalı 15%-dən çox artıb - CƏDVƏL

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 140,2 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,4% artıb.

Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 39,4%, avtomobil benzininin istehsalı 15,2%, qazoylların (dizel yanacağının) istehsalı 14%, neft koksunun istehsalı 13,3% artıb.

Məlumata görə, yanvar-noyabr aylarında ölkə üzrə neft bitumu istehsalı 21,3%, mazut istehsalı isə 92,6% azalıb.

Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:

 

 

Məhsul növləri

2023-cü ilin yanvar- noyabr

Əvvəlki ilin müvafiq dövrünə

nisbətən, faizlə

01.12.2023-cü

il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1336,2

115,2

48,8

Ağ neft, min ton

545,9

106,4

34,0

Qazoyllar (dizel yanacağı), min ton

2115,7

114,0

67,2

Mazut, min ton

5,7

7,4

1,7

Sürtkü yağları, min ton

53,8

139,4

3,6

Maye qazlar, min ton

217,6

98,7

3,4

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları,

min ton

 

1034,8

 

83,4

 

52,0

ondan:

     

neft bitumu, min ton

257,5

78,7

7,3

neft koksu, min ton

212,3

113,3

40,0



Xəbəri paylaş

1168 dəfə oxunub.

Digər xəbərlər