Saytımızı qiymətləndirin


 
 

“Ukraynanın əks-hücum əməliyyatı tam uğursuzluqla başa çatıb”- NARIŞKİN
Tarix: 14-12-2023 | Saat: 13:49
Bölmə:Karusel / Region | çapa göndər

 “Ukrayna ordusunun əks-hücum əməliyyatı tam uğursuzluqla başa çatıb və Kiyev üçün heç bir nəticə verməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin  direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, əks-hücum Ukrayna hərbçilərinin çoxlu sayda itkisinə səbəb olub. Bundan başqa, Ukrayna ordusu hərbi texnikasını itirib.

“Əks-hücum cəhdləri uğursuz oldu. Biz bunu tam uğursuzluq kimi qiymətləndiririk. Ukrayna döyüş meydanında heç bir uğur əldə etməyib, eyni zamanda həm canlı qüvvə, həm də hərbi texnika baxımından ciddi itkilərə məruz qalıb”, – Narışkin deyib.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər