Saytımızı qiymətləndirin


 
 

Putin: Rusiya Qərblə dialoqdan imtina etmir, seçim onlarındır
Tarix: 07-05-2024 | Saat: 13:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin: Rusiya Qərblə dialoqdan imtina etmir, seçim onlarındır

“Rusiyanın taleyini bugünkü və gələcək nəsillər naminə özümüz və yalnız özümüz müəyyən edəcəyik”.

Qarabaginfo.az xəbər verir ki, bunu beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayan Vladimir Putin bu gün Kreml sarayında keçirilən andiçmə mərasimində çıxışında bildirib.

"Mənim üçün Rusiya xalqlarının maraqları və təhlükəsizliyi hər şeydən üstün olacaq. Siz, Rusiya vətəndaşları, Rusiya Federasiyasının kursunun düzgünlüyünü təsdiqlədiniz. Biz vahid və böyük xalqıq və birlikdə bütün maneələri dəf edəcəyik, planlaşdırdığımız hər şeyi həyata keçirəcəyik", deyə Putin vurğulayıb.

Rusiya dövlət başçısı qeyd edib ki, ölkəsi Qərb dövlətləri ilə dialoqdan imtina etmir, lakin seçim onlarındır:

"Mürəkkəb dünyada biz özümüzü təmin etməliyik və rəqabət aparmalıyıq. Gələcək onilliklər ərzində Rusiyanın inkişafında etibarlı davamlılığı təmin etmək lazımdır. Biz daxili iğtişaşların və təlatümlərin faciəvi qiymətini xatırlamalıyıq, buna görə də Rusiya Federasiyasının siyasi sistemi sabit olmalıdır. Biz Rusiyanın qüdrətini gücləndirəcək nəsillər yetişdirməli və tərbiyə etməliyik. Sabitlik sərtlik demək deyil ki, bizim sistem çevik olmalıdır".

Putin inauqurasiya nitqini “birlikdə qalib gələcəyik” sözləri ilə yekunlaşdırıb.



Xəbəri paylaş

144 dəfə oxunub.

Digər xəbərlər