Saytımızı qiymətləndirin


 
 

Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılıb
Tarix: 16-07-2024 | Saat: 15:38
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılıb

Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılıb.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir.

Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

Qan Bankının təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Qan Bankının yenidən təşkili və ləğv edilməsi;

- Qan Bankının idarəetmə orqanlarının yaradılması;

Səhiyyə Nazirliyinə:

- Yuxarda qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Səhiyyə Nazirliyi Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməli, Qan Bankının dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada tədbirlər görməli, Qan Bankı dövlət qeydiyyatına alındıqdan sonra onun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nizamnaməsində, strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsi üçün zəruri tədbirlər görməlidir.

Qan Bankı dövlət qeydiyyatına alındığı günədək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin qan xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələri fəaliyyətini həmin Mərkəzin tabeliyində davam etdirəcək.



Xəbəri paylaş

1391 dəfə oxunub.

Digər xəbərlər