Saytımızı qiymətləndirin


 
 

Aida Eyvazlının təşkilatı Ədliyyə Nazirliyində qeydə alındı
Tarix: 13-12-2023 | Saat: 13:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Aida Eyvazlının təşkilatı Ədliyyə Nazirliyində qeydə alındı

“Türk dünyasının bu möhtəşəm 100 ilində mənim də çoxdan mücadiləsinə qalxdığım “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyim Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındı”.

Bunu Qarabaqinfo.az-a tanınmış jurnalist Aida Eyvazlı bildirib.

“Bu yola çoxdan çıxmışam. Görə bildiyim işlər, Türk dünyasının birliyi, üstünü toz basmış sirlərinin açılması üçün 1 faiz belə iş görə bilmişəmsə, nə mutlu mənə.

Birliyin əsas məqsədi Türk dövlətlərini, türkdilli xalqların ədəbiyyatını, tarixini, mədəni irsini öyrənmək və təbliğ etmək, habelə türkdilli və digər ölkələrdə yaşayan elm adamları arasında əlaqələr yaratmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir”, - jurnalist deyib.

A.Eyvazlının sözlərinə görə, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi dinin insanlar üçün mənəvi dəyər olmasını vətəndaşlara öyrətmək; tolerantlığı təbliğ etmək; Türk dövlətlərində baş verən ictimai, siyasi və qobal hadisələrə aid tədbirlər təşkil etmək; Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi ölkələrin tanınmış beynəlxalq təşkilatları ilə birgə əməkdaşlığa nail olmaq, elm və təhsil yolunda beynəlxalq müsabiqələr və konfranslar təşkil etməyi də qarşısına məqsəd qoyub.
 

“Mən inanıram ki, Türk dövlətlərinin beynəlxalq təşkilatları da, Azərbaycan dövləti də, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bizə dəstək olacaq, - yeni İctimai Birliyin sədri qeyd edib.

 



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər