Saytımızı qiymətləndirin


 
 

Ədliyyə nazirinin işdən çıxarılan müavini - DOSYE
Tarix: 05-06-2024 | Saat: 12:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ədliyyə nazirinin işdən çıxarılan müavini - DOSYE

 

Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.

Qarabaqinfo.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, Toğrul Musayev 24 ildir ədliyyə nazirinin müavini idi.

Modern.az saytı Toğrul Musayevin dosyesini təqdim edir:
 
Toğrul Musayev 1954-cü ildə Bakı şəhərində anadan olub.

1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Universiteti bitirdikdən sonra Hüquq fakültəsində müəllim olub, Respublika Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası KP MK İnzibati orqanlar şöbəsində hüquq-mühafizə orqanları ilə iş üzrə təlimatçı, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Dövlət-hüquq şöbəsində böyük məsləhətçi vəzifələrində işləyib. 1995-ci ildə Baş Prokurorluğa rəhbər işə göndərilərək Kollegiya üzvü, Kadrlar idarəsinin rəisi olub.

2000-ci ilin iyun ayından Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyi Attestasiya Komissiyasının və Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı Müsabiqə və İxtisas komissiyalarının sədri olub.

Azərbaycan Respublikasının əməkdar hüquqşünasıdır, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, “Ədliyyə sahəsində fərqlənməyə görə” medalı, “Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı və bir çox digər medallarla təltif edilib, “Fəxri ədliyyə işçisi” adı verilib.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış Elmi Şuranın sədridir. Bakı Avrasiya Universiteti Elmi Şurasının qərarı ilə həmin Universitetin fəxri doktoru adına layiq görülüb.

Evlidir, 2 övladı var.



Xəbəri paylaş

158 dəfə oxunub.

Digər xəbərlər