Saytımızı qiymətləndirin


 
 

“Azərişıq” “ASAN Xidmət”də birinci oldu
Tarix: 21-12-2021 | Saat: 15:12
Bölmə:Karusel / Sosial | çapa göndər

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığı həyata keçirilir. 

 

QArabaqinfo.az xəbər verir ki, bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilir.

 

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirmişdir.  Görüş zamanı  2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülüb.

 

Nəticələrdə 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31% qeyd  olunmuşdur. Bu isə qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə "Azərişıq" ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

 

Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən "Azərsu" ASC 77,43%-lə 4 ulduza, "Azəristuliktəchizat" ASC 36,88%-lə 2 ulduza, "Azəriqaz" İB-də 22,10%-lə 2 ulduza layiq görülmüşdür.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər