Rusiya prezidenti Vladimir Putinin beşinci müddətə başladıqdan sonra ilk xarici səfəri Çinə olacaq.
Qarabaginfo.az xəbər verir ki, Putin Pekinə Çin lideri Si Cinpinin dəvəti ilə gedəcək.
Səfər mayın 16-17-də baş tutacaq.
Kremldən bildirilib ki, Putin və Si Cinpin tərəfdaşlıq məsələlərini, cari beynəlxalq və regional problemləri müzakirə edəcək, həmçinin Rusiya-Çin praktiki əməkdaşlığının gələcək inkişafı istiqamətlərini müəyyən edəcək.
Danışıqların nəticəsində birgə bəyanat qəbul ediləcək və bir sıra ikitərəfli sənədlər imzalanacaq.
Bundan başqa, liderlər diplomatik münasibətlərin qurulmasının 75 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcəklər.