Ana Sayfa > Karusel / Gündəm > Aida Eyvazlının təşkilatı Ədliyyə Nazirliyində qeydə alındı
Aida Eyvazlının təşkilatı Ədliyyə Nazirliyində qeydə alındı13-12-2023, 13:51. Yazar: Admin |
“Türk dünyasının bu möhtəşəm 100 ilində mənim də çoxdan mücadiləsinə qalxdığım “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyim Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alındı”. Birliyin əsas məqsədi Türk dövlətlərini, türkdilli xalqların ədəbiyyatını, tarixini, mədəni irsini öyrənmək və təbliğ etmək, habelə türkdilli və digər ölkələrdə yaşayan elm adamları arasında əlaqələr yaratmaq və beynəlxalq əməkdaşlığı gücləndirməkdir”, - jurnalist deyib. “Mən inanıram ki, Türk dövlətlərinin beynəlxalq təşkilatları da, Azərbaycan dövləti də, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də bizə dəstək olacaq, - yeni İctimai Birliyin sədri qeyd edib. Geri dön |