Saytımızı qiymətləndirin


 
 

Rusiya və İran birgə bəyyannamə imzaladı- AÇIQLAMA
Tarix: 06-12-2023 | Saat: 16:44
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Abdollahian Moskvada keçirilən görüşdə sanksiyaların mənfi nəticələrinə qarşı mübarizə və kompensasiya vasitələri haqqında bəyannamə imzalayıblar.

Qarabaginfo.az xəbər verir ki, Lavrov qeyd edib ki, sənəd ABŞ və müttəfiqlərinin qanunsuz məhdudiyyətlərinə qarşı mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirəcək.

İran 40 ildən artıqdır ki, beynəlxalq sanksiyalar altındadır. Ötən ilin fevralına qədər Tehran məhdudiyyətlərdən təsirlənən fiziki şəxslərin və şirkətlərin sayına görə dünyaya liderlik edirdi. 2022-ci il fevralın 22-dək İrana qarşı 3600-dən çox, Rusiyaya qarşı isə 2700-ə yaxın sanksiya tətbiq edilib.

Ukraynaya hücumdan sonra Rusiya məhdudiyyətlərə görə dünya lideri oldu. 2022-ci ilin fevralından 2023-cü ilin oktyabrına qədər Rusiyaya qarşı 15 200, İrana qarşı isə mindən bir qədər çox sanksiya tətbiq edilib.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər
18-09-2022, 14:45 Rəisi Nyu-Yorka getdi