Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də “Birbaşa xətt”də sualları cavablandıracaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə övlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu toplantı mətbuat konfransı ilə birləşdiriləcək.
“Dekabrın 14-də Vladimir Putin ilin yekunlarına yekun vuracaq. Bu veriliş olacaq, yenə də televiziya kanallarının layihəsi olacaq. Bu, “Birbaşa xətt”in birləşmiş formatı və prezidentin yekun mətbuat konfransı olacaq”, – Peskov qeyd edib.
Tədbirdə rusiyalı jurnalistlər, həmçinin Moskvada akkreditasiyadan keçmiş və fəaliyyətini davam etdirən xarici nəşrlərin əməkdaşları iştirak edəcəklər.
Vətəndaşların suallarının qəbulu dekabrın 1-dən 8-800-200-40-40 pulsuz nömrəsi ilə başlayacaq. Sual vermək istəyənlər həmçinin 04040 nömrəsinə mətn mesajı (sms) göndərə və ya “Moscow-Putin.ru” saytına daxil ola bilərlər.
Qeyd edək ki, Putin Ukraynada müharibə başlayandan bəri ilk dəfə vətəndaşlarını suallarını birbaşa cavablandıracaq.