Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb
Tarix: 11-06-2024 | Saat: 22:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə görüşüb.

XİN-dən Qarabaginfo.az-a verilən məlumata görə görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.

Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər