Saytımızı qiymətləndirin


 
 

Gənc alim və tədqiqatçılar üçün yeni kitab –Haradan əldə etmək olar? FOTO
Tarix: 24-11-2023 | Saat: 13:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

“Qafqaz Araşdırmalar Mərkəzi” QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  həyata keçirdiyi “Gənc alim və tədqiqatçıların fəaliyyətinin stimullaşdırılmasının dəstəklənməsi təşəbbüsləri” layihəsi çərçivəsində “Məsuliyyətli və kreaktiv yanaşma” kitabı hazırlayıb.

Müəlliflər Siyasi tarix elmləri doktoru, ictimai siyasi elmlər sahəsi üzrə professor, Türkiyənin nüfuzlu Çag Universitetinin Fən Ədəbiyat fakultəsinin müəllimi, ondan artıq kitab, 100-ə ə yaxın elmi məqalənin müəllifi Xaləddin İbrahimli və Çag Universitetinin Sosyal Bilimlər İnstitutunun müdiri, İşlətmə (menecment) sahəsində professor, çoxsaylı kitabların, kitablarda bölümlərin və məqalələrin müəlliifi, Türkiyə televiziyalarında ictimai siyasi proqramların icmalçısı, professor, doktor Murad Koçdur.

Kitabda gənc alimlərin və tədiqatçıların faydalanacağı, Azərbaycanın elmi qaynaqlarında mövcud olmayan olduqca qiymətli mövzular əhatəli şəkildə təqdim olunur:

Elmi tədqiqatların müasir metodologiyaları;

Problemləri həll etmə və qərar vermə;

Yeni nəsil lider bacarıqları;

Komanda şəklində fəaliyyətin əsasları;

Dünyanın nüfuzlu elm mərkəzlərinin fəaliyyəti və iş prinsipləri.

Kitab tələbələr, gənc alim və tədiqatçılar, eləcədə də bu sahəni tədris edən müəllimlər üçün nəzərdə tutulub. Onu M.F.Axundov adına Milli Kitabxananın elktron bazasından, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dsətəi Agentliyinin internet ünvanndan, Qafqz Araşdırmalar Mərkəzi İctimai Birliyindən, eləcə də elmi qurumların elektorn informasiya bazalarından əldə etmək olar.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər