Tarix: 23-11-2023 | Saat: 12:12
Bölmə:Karusel / Qarabağ | çapa göndər
“30 ilə yaxın davam edən regional münaqişə nəticəsində Azərbaycan bu gün dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində
Nazir bildirib ki, 2020-ci ildə Böyük Britaniya Azərbaycana minalarla mübarizədə mühüm və xilasedici dəstək verən ilk ölkələrdən biri olub: “O vaxtdan bəri biz bu dəstəyi 1 milyon funt sterlinqdən çox artırmışıq. Azərbaycanı dünya üzrə aparıcı minatəmizləmə avadanlıqları ilə təmin etmişik və yerli hakimiyyət orqanlarına təlimlər keçirmişik. Bu il biz partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə ixtisaslaşdırılmış kurslar üçün təklifimizi genişləndirməklə Azərbaycan hərbçilərinə verilən təlimləri daha da artırırıq. Bu, yüksək təhlükə mühitində işləmək üçün lazım olan bacarıqları təmin edəcəkdir. Böyük Britaniya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təşviqinə və yüz minlərlə azərbaycanlının Ağdamdan Zəngilana kimi evlərinə qayıtmasına töhfə verir”.
Digər xəbərlər