Tarix: 23-09-2021 | Saat: 13:19
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Rusiya əlindən gələni edəcək ki, Nürnberq tribunalının nəticələri unudulmasın. Qarabaqinfo.az-in məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Nürnberq prosesi: Leninqrad blokadasının taleyi və rolu” konfransının iştirakçılarına göndərdiyi teleqramda bildirib.
"Sizin görüşünüz nasist cəlladlara və onların cinayət ortaqlarına hüquqi və mənəvi hökmün çıxarıldığı Nürnberq prosesinin 75 illiyinə həsr olunub. Hitler rejiminin ən ağır cinayətlərinin təkzibedilməz sübutlarından biri, yüz minlərlə sakinin - qadınların, qocaların, uşaqların - aclıqdan, soyuqdan və davamlı bombalanmadan ölümünə səbəb olan Leninqradın blokadası idi. Ümumi borcumuz bizi ayıq olmağa və ekstremizmə, ksenofobiyaya, milli dözümsüzlüyə qarşı hər cür müqavimət göstərməyə çağıran bu böyük uğuru, keçmişin dərslərini xatırlamaqdır. Mühasirəyə alınmış, lakin fəth edilməmiş Leninqrad sakinlərinin müqavimətinə həmişə hörmətlə yanaşacağıq. Əlimizdən gələni edəcəyik ki, Nürnberq tribunalının nəticələri unudulmasın və İkinci Dünya Müharibəsi faciəsi bir daha təkrarlanmasın”, - deyə Putin vurğulayıb.
Digər xəbərlər