Saytımızı qiymətləndirin


 
 

İsrail və HAMAS 4 günülük humanitar atəşkəsə razılaşıb 
Tarix: 22-11-2023 | Saat: 07:06
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İsrail və HAMAS 4 günülük humanitar atəşkəsə razılaşıb - YENİLƏNİB

HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə HAMAS-ın teleqram sıhifəsində məlumat yayılıb.

Qeyd olunub ki, Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.

Atəşkəs zamanı İsrail Qəzza zolağının cənub hissəsi üzərində uçuşları tamamilə dayandıracaq, şimalda isə saat 10.00-dan 16.00-a qədər bu qüvvədə olacaq.

İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

***

Saat 05:40

İsrail Nazirlər Kabineti HAMAS ilə razılaşmanın bir hissəsi olaraq dörd gün ərzində 50 əsirin azad ediləcəyini açıqlayıb.

Qarabaginfo.azxəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İlk olaraq qadın və uşaqların azad ediləcəyi qeyd edilir.

Bundan əvvəl İsrail HAMAS ilə girovların azad edilməsi və Qəzzada humanitar fasilənin tətbiqi ilə bağlı razılaşmaları təsdiqləyib.(Apa)



Xəbəri paylaş

1781 dəfə oxunub.

Digər xəbərlər