Saytımızı qiymətləndirin


 
 

Ceyms Şarp: “Azərbaycan-Britaniya münasibətləri günü-gündən güclənməkdədir”
Tarix: 01-06-2022 | Saat: 20:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Pərviz Şahbazov: "Bu gün ölkəmizdə 600-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir"

"Azərbaycan və Britaniya arasında münasibətlərin təməlini təşkil edən üç sütun günü-gündən güclənməkdədir".

Qarabaginfo.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.

 

“Əsas diqqətimizin qeyri-neft sektoruna yönəldiyi bir vaxtda cari il ərzində ticarət və investisiyanın təşviqi üçün Ticarət Palatasının yaradılmasının şahidi olduq. Azərbaycan Britaniya Məzunları Assosiasiyasının faktiki fəaliyyətini izlədik”, - Ceyms Şarp bildirib.

Səfir deyib ki, Azərbaycan və Britaniya arasında hökumətlərarası münasibətlər çoxşaxəlidir: "Minatəmizləmə sahəsində əməkdaşlığımız, narkotik qaçaqmalçılığı ilə mübarizə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində dəstəyi və nəhayət təbii ki, Ukrayna xalqına və hökumətinə dəstək kimi fəaliyyət istiqamətlərini əhatə edir. Bütün bunlara görə bir daha təşəkkür edirəm".

Səfir deyib ki, son 30 il ərzində iki ölkə arasında əlaqələr daha da genişlənib, dərinləşib və strateji tərəfdaşlıq güclənib.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər