Saytımızı qiymətləndirin


 
 

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək
Tarix: 05-05-2022 | Saat: 21:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyalar paketi tətbiq etmək qərarına gəlib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında Yaponiya hökumətinin başçısı Fumio Kişida bildirib.

O, yeni sanksiyalar paketinin dörd əsas sahədən ibarət olduğunu vurğulayıb.

“Birincisi daha 140-a yaxın fiziki şəxsin aktivlərinin dondurulmasıdır. İkincisi İkincisi Rusiyanın hərbi-sənaye kompleksində şirkətlərin müxtəlif məhsullarına tədarükün qoyulması ilə bağlı qadağanın genişləndirilməsidir. Məhdudiyyətlərə məruz qalan Rusiya banklarının siyahısının artırılması habelə idxal embarqonunun genişləndirilməsi də yeni sanksiyalara daxildir", - deyə Kişida bildirib.

Yaxın günlərdə Yaponiya tərəfindən konkret sanksiya siyahılarının ictimaiyyətə açıqlanacağı gözlənilir.

Kişida həmçinin Ukraynaya fəal dəstəyi davam etdirəcəyinə söz verib, eyni zamanda Cənub-Şərqi Asiyadakı vəziyyətdən narahatlığını ifadə edib.

Xatırladaq ki, Yaponiya Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi qəbul edib. Rusiyada ölkə rəhbərliyində təmsil olunanlar, məmurlar və iş adamları da daxil olmaqla ümumilikdə 500-dən çox şəxs fərdi şəkildə sanksiyalara məruz qalıb.



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər