“Ukrayna ordusunu ağır, amansız döyüşlər gözləyir”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Ukraynaya səfər edən Pentaqonun rəhbəri Lloyd Austin Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Ostin “F-16 təyyarələri döyüşün meydanında vəziyyəti köklü şəkildə dəyişə bilərmi?” sualına “Belə münaqişələrdə “sehirli çubuq” olmur” cavabını verib.
“F-16, HIMARS və ya başqa bir şeydən danışsaq, hər şey təmin edilən hərbi imkanlardan və onların inteqrasiyasından asılıdır. Döyüş meydanında istədiyiniz effekti əldə etmək bu imkanlardan necə istifadə etməyinizdən və sinxronizasiya etməyinizdən asılıdır”-deyə ABŞ müdafiə naziri vurğulayıb.
Ostin ABŞ-ın Ukraynaya hər cür yardım göstərməyə davam edəcəyini bəyan edib. Qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinə xeyli ziyan vurmağa müvəffəq olub..
Lloyd Ostin noyabrın 20-də Kiyevə gəlib. Onun səfəri əvvəlcədən elan edilməyib.