Lənkəranda şəhid atası özünə bıçaq xəsarəti yetirib.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gəgiran kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1977-ci il təvəllüdlü Şakir Qəni oğlu Əhədov şəhərin Həzi Aslanov küçəsində bıçaqla bir dəfə özünə xəsarət yetirib. Həmin şəxs Mərkəzi rayon xəstəxanasına çatdırılıb və əməliyyat olunub.
Qeyd edək ki, Şakir Əhədovun oğlu Baloğlan Əhədli Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.