Saytımızı qiymətləndirin


 
 

İsrail Ordusu “Əl-Şifa” xəsətəxanası ilə bağlı təxliyə xəbərini TƏKZİB ETDİ
Tarix: 18-11-2023 | Saat: 13:40
Bölmə:Karusel / Dünya | çapa göndər

 

İsrail Ordusu “Əl-Şifa” xəsətəxanası ilə bağlı təxliyə xəbərini TƏKZİB ETDİ

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzadakı “Əl-Şifa” xəstəxanasından xəstələrin və ya işçilərinin təxliyəsi ilə bağlı göstəriş vermədiyini bildirib.


Qarabaqinfo.az xəbər verir ki. bu barədə “Ria Novosti” məlumat yayıb

Daha əvvəl “Əl-Cəzirə” telekanalı bildirmişdi ki, HƏMAS döyüşçülərinin axtarışı üçün Qəzza zolağında “Əl-Şifa” xəstəxanası ərazisində xüsusi əməliyyat keçirən İsrail hərbçiləri tibb müəssisəsini boşaltmaq üçün bir saat vaxt veriblər.


İsrail Ordusunun Telegram kanalında verdiyi açıqlamada "İsrail Müdafiə Qüvvələri heç vaxt xəstələrin və ya tibbi qrupların təxliyəsi əmri verməyib" , - deyə bildirib.
 

Bununla yanaşı, SAXAL xəstəxana direktorunun xahişini yerinə yetirdiyini və bir sıra insanların təhlükəsiz marşrutla təxliyəsinə icazə verdiyini əlavə edib.
 

SAXAL “Əl-Şifa” heyətinin təxliyə edə bilməyən xəstələrə qulluq etmək üçün qalacağını vurğulayıb.
 

HƏMAs-ın hücumları nəticəsində İsraildə hökumətin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb. Bu rəqəmə mülki şəxslər, hərbçilər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox insanın yaralandığı bildirilir.
 



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər