Ana Sayfa > Karusel / Dünya > İsrail Ordusu “Əl-Şifa” xəsətəxanası ilə bağlı təxliyə xəbərini TƏKZİB ETDİ
İsrail Ordusu “Əl-Şifa” xəsətəxanası ilə bağlı təxliyə xəbərini TƏKZİB ETDİ18-11-2023, 13:40. Yazar: Admin |
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzzadakı “Əl-Şifa” xəstəxanasından xəstələrin və ya işçilərinin təxliyəsi ilə bağlı göstəriş vermədiyini bildirib.
Bununla yanaşı, SAXAL xəstəxana direktorunun xahişini yerinə yetirdiyini və bir sıra insanların təhlükəsiz marşrutla təxliyəsinə icazə verdiyini əlavə edib. SAXAL “Əl-Şifa” heyətinin təxliyə edə bilməyən xəstələrə qulluq etmək üçün qalacağını vurğulayıb. HƏMAs-ın hücumları nəticəsində İsraildə hökumətin son məlumatlarına görə, təxminən 1,2 min adam öldürülüb. Bu rəqəmə mülki şəxslər, hərbçilər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox insanın yaralandığı bildirilir. Geri dön |