Tarix: 17-11-2023 | Saat: 13:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Çətin iqtisadi proseslər nəticəsində orta müddətli və uzunmüddətli proqnozları dəqiq vermək olmur”.
Qarabaqinfo.az az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
O qeyd edib ki, son aylarda qlobal ərzaq bazarında qiymətlərin və ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın nisbətən səngiməyə başlaması, hökumət tərəfindən anti-inflyasiya tədbilərinin həyata keçirilməsi inflyasiyanın tədricən yavaşımasına imkan verir.
“2023-cü ilin 9 ayında inflyasiya 10,9 % olub və ilin sonun qədər azalması müşahidə olunur. İnflyasiyanın gələn ilin proqnozunda daha da azalması planlaşdırılır. Xarici amillər burada vacib rol pynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışrıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun", - Sahib Məmmədov vurğulayıb.
Digər xəbərlər