Ana Sayfa > Karusel / İqtisadiyyat > Sahib Məmmədov: İnflyasiyanın daha da azalması planlaşdırılır
Sahib Məmmədov: İnflyasiyanın daha da azalması planlaşdırılır17-11-2023, 13:38. Yazar: Admin |
“Çətin iqtisadi proseslər nəticəsində orta müddətli və uzunmüddətli proqnozları dəqiq vermək olmur”.
Qarabaqinfo.az az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. “Dünyada baş verən çətin proseslər fonunda beynəlxalq maliyyə qrumlarıda öz verdiyi proqnozlara yenidən baxırlar. Onu demək istəyirəm ki, yeni nəsil islahatlar nəticəsində ölkə iqtisadiyyatın aparılan hesablamalar özünü doğruldur. 9 ayda ÜDM–in 0.8% artması da hamımız yaxşı bilirik ki, neft hasilatının azalmasının nəticəsidir. Bunu da bildirim ki, neft hasilatın mənfi dinamikası davam edəcək”,- deyə nazir müavini bildirib.
“2023-cü ilin 9 ayında inflyasiya 10,9 % olub və ilin sonun qədər azalması müşahidə olunur. İnflyasiyanın gələn ilin proqnozunda daha da azalması planlaşdırılır. Xarici amillər burada vacib rol pynayır. Səsləndirilən təkliflər mütləq nəzərə alınır. Çalışrıq ki, proqnozlarımız dəqiqliyə yaxın olsun", - Sahib Məmmədov vurğulayıb. Geri dön |