Saytımızı qiymətləndirin


 
 

Balasanyan yenidən dindirildi
Tarix: 17-11-2023 | Saat: 10:21
Bölmə:Karusel / Region | çapa göndər

balasanyan-yeniden-dindirildi

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının sabiq “rəhbəri”, terrorçu-daşnak Vitali Balasanyan növbəti dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti yazıb.

Bildirilir ki, o, polkovnik Norayr Aslanyanın cinayət işi çərçivəsində sorğu-sual olunub.

Qeyd edək ki, Aslanyan 5 aydır ki, həbsdədir. O, qanunsuz silah-sursat dövriyyəsində ittiham edilir.

Xatırladaq ki, V. Balasanyan oktyabrın 13-ü də Ermənistan Milli Təhlükəsizlik Xidmətində dindirilmişdi. Daha sonra onun Baş Polis idarəsinə “Makarov” tipli silahını təqdim etməsi barədə məlumat yayılmışdı. Ölkənin İstintaq Komitəsi Balasanyan barəsində qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını açıqlamışdı.

 

 



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər