Saytımızı qiymətləndirin


 
 

2024-cü ildə KTMT-nin təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək
Tarix: 16-11-2023 | Saat: 14:00
Bölmə:Karusel / Region | çapa göndər

 

2024-cü ildə KTMT-nin təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək

2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimləri Qazaxıstan və Qırğızıstanda keçiriləcək.


Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov bu gün keçirilən brifinq zamanı deyib.
"Komanda və idarəetmə orqanlarının, kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin birgə təlim planı artıq təsdiqlənib. Sənədi müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri imzalayıblar", - Sidorov bildirib.

Onun sözlərinə görə, 2024-cü il üçün nəzərdə tutulmuş planda Mərkəzi Asiya regionuna xüsusi diqqət yetirilir. "Qırğızıstanda Kollektiv Çevik Hərəkət Qüvvələri, Qazaxıstanda isə sülhməramlı qüvvələrlə təlimlər planlaşdırılır. Hələlik təlim yerləri barədə ətraflı danışmaq tezdir. Məsləhətləşmələr bu ilin dekabrında başlayacaq", - Sidorov qeyd edib.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər