Saytımızı qiymətləndirin


 
 

Britaniya və müttəfiqləri Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni tərk edir
Tarix: 07-11-2023 | Saat: 15:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya və müttəfiqləri Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni tərk edir

Britaniya və müttəfiqləri Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni tərk edir.

Qarabaginfo.az xəbər verir ki, müvafiq qərar Böyük Britaniya hökumətinin rəsmi internet portalında yer alıb.

Krallığın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, Böyük Britaniya hökuməti Rusiyanın Avropada adi silahlı qüvvələr haqqında Müqavilədən çıxmasına cavab olaraq bəyanat yayıb:

“Biz Rusiyanın strateji sabitliyi və Avro-Atlantik təhlükəsizlik arxitekturasını pozmağa yönəlmiş səylərinin sonuncusu olan Müqavilədən çıxmaq qərarını birmənalı şəkildə pisləyirik. Rusiyanın birtərəfli qaydada Müqaviləni tərk etməsi dən çıxması Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin əsasını təşkil edən qarşılıqlılıq prinsipini pozur”, - deyə nazir bildirib.

“Rusiyanın hərəkətlərinə cavab olaraq Böyük Britaniya müttəfiqləri ilə birlikdə Müqavilədə iştirakını dayandırmaq qərarına gəlib”, - hökumətin bəyanatında deyilir.



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır