Saytımızı qiymətləndirin


 
 

Ermənistandan rəsmi açıqlama: "Türkiyə ilə ən ali səviyyədə dialoqa hazırıq"
Tarix: 24-09-2021 | Saat: 15:08
Bölmə:Karusel / Region | çapa göndər

Никол Пашинян командировал Армена Григоряна в Арцах

"Biz bütün bölgədə sülh və sabitliyin qorunması, dinc inkişaf dövrünün açılmasının zərurətini dəfələrlə vurğulamışıq".

Qarabaginfo.az "Aysor"a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan bu gün keçirdiyi brifinqdə deyib.

"Bu məntiq çərçivəsində Türkiyə ilə də münasibətləri tənzimləməliyik. Bu tənzilmləmə mərhələli olmalıdır. Əminik ki, həll yollarından biri də, Ermənistanla Türkiyə arasında yüksək və ali səviyyədə dialoqdur. Müxtəlif siyasi səviyyələrdə ifadə etdiyimiz kimi Ermənistan Türkiyə ilə münasibəti normallaşdırmağa hazırdır və bu istiqamətdə addımlar atılır", -deyə Armen Qirqoryan bildirib.

Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə Təhlükəsizlik Şurasının katibi deyib ki, Qarabağ məsələsinin həlli üçün yeganə və vacib platforma ATƏT-in Minsk qrupudur.

Armen Qirqoryan əlavə edib ki: "Azərbaycanın bəyanatlarını başa düşürük, çünki Qarabağ problemi ərazi mübahisəsi deyil, öz müqəddəratını təyin etmək məsələsidir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya Oborona" jurnalına verdiyi müsahibədə deyib: "Əgər Ermənistan Azərbaycana ərazi iddiaları irəli sürməyə davam edərsə, o zaman Ermənistna qarşılıqlı ərazi iddialarından çəkinmək bizim üçün çətin olacaq". 



Xəbəri paylaş

1353 dəfə oxunub.

Digər xəbərlər