Şuşada dəhşətli qəza - 5 nəfər yanaraq öldü
Tarix: 06-11-2023 | Saat: 10:59
Bölmə:Karusel / Qarabağ / Hadisə | çapa göndər
1193 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-11-2023 | Saat: 10:59
Bölmə:Karusel / Qarabağ / Hadisə | çapa göndər
Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib.
Qarabaginfo.az istinadən xəbər verir ki, Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil alovlanıb və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır. O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.
Xəbəri paylaş
Digər xəbərlər
11-04-2024, 13:32
İsrail Qəzzada yüksək dəqiqlikli əməliyyata başladı
4-04-2022, 11:25
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib
12-12-2022, 20:22
Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu sahəyə təsir etməyəcək
11-04-2022, 15:09
"Qaçqınkom"un sifarişi ilə tikilən mənzillər iki qaydada satılacaq
25-06-2024, 10:09
İlahiyyatçı Hacı Salman saxlanıldı - Azyaşlıya zorakılıq ittihamı
1-11-2022, 20:54
DTX İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa edib - VİDEO



















