İlahiyyatçı Hacı Salman saxlanıldı - Azyaşlıya zorakılıq ittihamı
Tarix: 25-06-2024 | Saat: 10:09
Bölmə:Karusel / Kriminal | çapa göndər

1224 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-06-2024 | Saat: 10:09
Bölmə:Karusel / Kriminal | çapa göndər
İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.
Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.
Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.


Xəbəri paylaş
Digər xəbərlər
25-03-2023, 12:26
Astanadan Bakıya birbaşa uçuşlar başlayır
24-02-2020, 15:55
Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur - FOTO
9-03-2023, 11:35
Azərbaycanda hemodializ xəstələrinin sayı açıqlandı
30-07-2025, 13:43
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb - SƏRƏNCAM
1-08-2026, 17:31
Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü
3-08-2026, 07:55
Bəqai: Hörmüz boğazının əvvəlki vəziyyətə qayıtması nəzərdə tutulmur
8-04-2024, 12:46
Dövlət Xidməti Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsindəki əraziyə baxış keçirib














