Saytımızı qiymətləndirin


 
 

Sumqayıtdakı silahlı hücum nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb 
Tarix: 28-10-2023 | Saat: 11:27
Bölmə:Karusel / Kriminal | çapa göndər

Sumqayıtdakı silahlı hücum nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcova ölüb, 4 nəfər isə xəsarət alıb.

Sumqayıt şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

***

09.55

Okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə cinayət işi başlanıb.

Sumqayıt şəhər prokurorluğundan Qarabaginfo.az-a daxil olan məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Xəbəri paylaş

1179 dəfə oxunub.

Digər xəbərlər