Saytımızı qiymətləndirin


 
 

Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur - FOTO
Tarix: 24-02-2020 | Saat: 15:55
Bölmə:Karusel / Sosial | çapa göndər

Dinlə

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın başlayıb. 

"Qarabaginfo" xəbər verir ki, "Report.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki rayonunun Aşağı Göynük və İnçə kəndləri yaxınlığında, kol-kos ərazilərdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğın nəticəsində havanı qatı tüstü bürüyüb və bu da avtomobillərin hərəkətində çətinlik yaradır.



Xəbəri paylaş

442 dəfə oxunub.

Digər xəbərlər