Ana Sayfa > Karusel / Sosial > Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur -

Qatı tüstü Şəkidə avtomobillərin hərəkətinə mane olur -


24-02-2020, 15:55. Yazar: Admin

Dinlə

Şəki-Qax avtomobil yolunun kənarlarında güclü yanğın başlayıb. 

"Qarabaginfo" xəbər verir ki, "Report.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki rayonunun Aşağı Göynük və İnçə kəndləri yaxınlığında, kol-kos ərazilərdə baş verib.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Yanğın nəticəsində havanı qatı tüstü bürüyüb və bu da avtomobillərin hərəkətində çətinlik yaradır.


Geri dön