Saytımızı qiymətləndirin


 
 

Keçmiş səfir Münxen görüşü öncəsi: “Moskva sülhməramlı etibarını zədələyib”
Tarix: 18-02-2023 | Saat: 14:15
Bölmə:Karusel / Siyasət | çapa göndər

Keçmiş səfir Münxen görüşü öncəsi: “Moskva sülhməramlı etibarını zədələyib”

“Hesab edirəm ki, ABŞ və Avropa İttifaqının Ermənistan və Azərbaycana, habelə Qarabağa dair siyasəti identikdir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brazya deyib.

O, ABŞ Dövlət Departamentinin katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək görüşünü şərh edib:

“Fikrimcə, Avropa İttifaqı və ABŞ bu məsələdə çox sıx əməkdaşlıq edir. Avropalı müttəfiqlərimiz dünyada ən yaxınlarımız arasındadır.

Bir zamanlar amerikalı həmsədr, eləcə də ABŞ-ın Cənubi Qafqaz və Avropa müttəfiqləri ilə münasibətlərinə nəzarət edən şəxs olaraq, təcrübəmə əsasıanıb deyirəm ki, biz bütün digər Avropa müttəfiqləri ilə həmişə çox yaxşı işləmişik”.

Rusiyanın bu prosesə münasibəti barəsində fikir söyləyən eks-səfir əlavə edib:

“Rəsmi Moskva Qarabağ məsələsində nəinki əsas vasitəçi olmağa çalışmaq, hətta dominant olmaq istəyir. Məncə, Moskva iki qonşusunun, yəni Gürcüstan və Ukraynanın ərazilərini işğal etmək və bu ölkələrdən biri olan Ukraynanı yox etməyə cəhd göstərməklə, həqiqətən də, sülhməramlı ölkə kimi etibarını zədələyib.

Beləliklə, böyük ümid ABŞ və Avropa İttifaqının Azərbaycan və Ermənistana yekun sülh sazişinin əldə edilməsinə kömək etmək üçün birgə işləməsidir. Dövlət katibi Blinkenin bu bu məsələdəki səylərini görməyə çox şadam”.



Xəbəri paylaş

1115 dəfə oxunub.

Digər xəbərlər