Ana Sayfa > Karusel / Qarabağ / Hadisə > Şuşada dəhşətli qəza - 5 nəfər yanaraq öldü

Şuşada dəhşətli qəza - 5 nəfər yanaraq öldü


6-11-2023, 10:59. Yazar: Admin

susada-dehsetli-qeza

Şuşa rayonu ərazisində ağır yol qəzası baş verib.

Qarabaginfo.az istinadən xəbər verir ki, Daşaltı kəndi ərazsində “Nissan Navara” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobil alovlanıb və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı  bildirib ki, hadisə ilə bağlı Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır. O, qəzaya düşənlərin tikinti şirkətinin əməkdaşları olduğunu deyib.


Geri dön