Saytımızı qiymətləndirin


 
 

Ən mühüm həmrəyliyi Qarabağda göstərmişik - ƏRDOĞAN
Tarix: 04-11-2023 | Saat: 16:31
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ən mühüm həmrəyliyi Qarabağda göstərmişik - ƏRDOĞAN

 

"Bildiyiniz kimi, uzun illərdir ki, dünyada sistem böhranı var. Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq dedik, elə bir addım ataq ki, türk dövlətləri arasında güc birliyi olsun. Bu qüvvələrin birliyinə siyasi, hərbi, iqtisadi və kommersiya ölçüləri də daxil olmalıdır. Artıq aramızda mədəni birlik var idi".

 

Qarabaginfo.az TRT-yə istinadən xəbər verir ki, bunu Astanadan Ankaraya qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

 

"Biz bu addımı atmaqla türk dövlətləri arasında bu birlik və həmrəyliyin təşəbbüskarı olduq. İndiyə qədər türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu qeyd etdiyim bütün sahələrdə inkişaf etməyə başlayıb. İndi bizdə siyasi birlik var. Biz artıq Qarabağda ən mühüm həmrəyliyi göstərmişik. Qarabağ bunun dünyaya ən böyük sübutu idi. Yəni mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görürsə, nəticə əldə edə bilər.

 

Təşkilatımızın dinamizmi bizə qısa müddətdə qlobal mexanizmlərin boşluğunu doldurmağa ümid verir. Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdəki tıxanmaları açmaq, təsirli və qalıcı həllər istehsal etmək üçün dünyanın yüksələn gücünə çevrilir. Biz daha ədalətli dünya qurmaq üçün daha çox çalışacağıq".



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər