Saytımızı qiymətləndirin


 
 

Putinin qəbuluna düşmək asanlaşdı- Kreml şərtləri niyə yumşaltdı?
Tarix: 31-10-2023 | Saat: 16:36
Bölmə:Karusel / Region | çapa göndər

Kremlin pandemiyanın əvvəlindən Rusiya pprezidenti Vladimir Putinlə görüşə icazə üçün tətbiq etdiyi məcburi karantin şərtləri yumşaldılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu yaxınlarda Rusiya prezidenti ilə görüşlərdə iştirak edən iki nəfər bildirib.

Onların sözlərinə görə, indi Putinlə görüşmək üçün cəmi 5 gün təcriddə qalmaq lazımdır. Əgər Putinlə təkbətək görüş hazırlanırsa və ya şəxsin onunla yaxın məsafədən təmasda olması, məsələn, uzun müddət yanında oturması və ya əl sıxması planlaşdırılırsa, test və karantinə riayət edilməlidir. Əgər şəxs Putinə 3-5 metrdən çox yaxınlaşmırsa, karantinə düşməyə ehtiyac yoxdur, testlərdən keçmək kifayətdir.

“Kremldə karantin rejiminin yumşaldılması Putinin prezidentlik kampaniyası ilə bağlı ola bilər. İndi hər şey daha çevik oldu, vəziyyətə görə qərar verilir”, – bu yaxınlarda Putinlə görüşənlərdən biri deyir.

Rusiya prezidenti dünyada təmasda olduğu hər kəsi karantinə alan yeganə dövlət başçısıdır. 2020-ci ilin yazından Putin yalnız iki həftəlik təcriddən keçmiş şəxslərlə şəxsən görüşməyə başladı. Hətta bu cür tədbirlər də şəxsin Putinlə eyni otağa buraxılacağına zəmanət deyildi. Karantin dövründə və onun sonunda testlərdən keçmək lazım idi. Əgər onlardan heç olmasa biri müsbət olubsa və ya həkimlər arasında suallar yaranıbsa, o zaman “Putinə giriş” bağlanırdı.



Xəbəri paylaş

183 dəfə oxunub.

Digər xəbərlər