Saytımızı qiymətləndirin


 
 

Böyük Dəbilqə: Azərbaycan cüdo yığması kişilərin mübarizəsində liderdir
Tarix: 18-02-2022 | Saat: 23:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Böyük Dəbilqə: Azərbaycan cüdo yığması kişilərin mübarizəsində liderdir

İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə Azərbaycan milli komandasının 9 cüdoçusundan 4-ü çıxışını başa vurub.

Qarabaginfo.az-ın məlumatına görə, ilk 2 yarış gününün yekununda 1 qızıl, 1 gümüş medal əldə olunub.

Bu gün Hidayət Heydərov 73 kq çəki dərəcəsində qızıl medala sahib olub. Ötən gün isə 66 kq çəkidəki Yaşar Nəcəfov yalnız finalda uduzaraq, gümüş medal qazanıb.

Eyni zamanda, 60 kq çəkidə Kəramət Hüseynov yarımfinal görüşündə zədələndiyi üçün bürünc medal qarşılaşmasına da çıxa bilməyərək, 5-ci yerlə kifayətlənib. 1/4 finaladək irəliləməyi bacaran Balabəy Ağayev isə sonda 7-ci yeri tutub.

Bu nəticə ilə Azərbaycan millisi hazırda kişilərin mübarizəsində 34 ölkə arasında 1-cidir. Ümumilikdə isə baş məşqçi Mövlud Mirəliyevin rəhbərlik etdiyi komanda 3 qızıl, 3 bürünc medala malik Fransa və 2 qızıl, 1 gümüş medalı olan Yaponiyadan geri qalır və 3-cü pillədə qərarlaşıb.

Fevralın 19-da - Böyük Dəbilqənin son yarış günündə Azərbaycanın daha 5 cüdoçusu - Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər