Saytımızı qiymətləndirin


 
 

“Qərb Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyir” –ŞOYQU
Tarix: 30-10-2023 | Saat: 09:40
Bölmə:Karusel / Dünya | çapa göndər

“Qərb Moskvaya qarşı başlatdığı hibrid müharibədə Rusiyanı  strateji məğlubiyyətə uğratmaq kursunu götürüb”. 

Qarabaginfo.az bildirir ki, bu barədə oktyabrın 30-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çində keçirilən Syanşan Forumunda çıxışı zamanı deyib.

“Rusiyanın təhlükəsizliyini təmin etmək üçün qanuni hüquqlarına məhəl qoymayan Ağ Ev NATO blokunun şərqə doğru genişlənməsini israrla davam etdirir. Bu aqressiv addımlar bizi əks tədbirlər görməyə məcbur etdi. Buna cavab olaraq Qərb açıq şəkildə bizə qarşı açılan hibrid müharibədə Rusiyanı  strateji məğlubiyyətə düçar etmək kursunu götürdü. Bunun üçün Ukrayna rüsvayçı şəkildə qurbanlıq material kimi seçildi”-deyə Şoyqu bildirib.

Şoyqu deyib ki, ABŞ Qərb ölkələrini özünə tabe edərək, öz hərbi və siyasi resurslarını əlçatmaz qlobal hökmranlığı saxlamaq üçün cəmləyib. Onun sözlərinə görə, Vaşinqton geosiyasi və hərbi-strateji üstünlüyə nail olmaq üçün beynəlxalq təhlükəsizliyin və strateji sabitliyin əsaslarını qəsdən sarsıdıb və məhv edib.

Şoyqu qeyd edib ki, beynəlxalq münasibətlərdə mövcud kataklizmlər ayrı-ayrı dövlətlərin çoxqütblü dünyanın qaçılmaz güclənməsinə, onların öz hegemonluqlarını nəyin bahasına olursa olsun saxlamaq cəhdlərinə qarşı çıxması ilə bağlıdır.

Bundan əlavə, Rusiyanın müdafiə naziri vurğulayıb ki, Qərbin neokolonial diktaturasına qarşı çıxan və “bərabərlik, çoxmərkəzlilik və təhlükəsizliyin bölünməzliyi” prinsiplərini müdafiə edən ölkələr güclü təzyiqlərə, siyasi və iqtisadi boğma cəhdlərinə məruz qalırlar.



Xəbəri paylaş

164 dəfə oxunub.

Digər xəbərlər