Saytımızı qiymətləndirin


 
 

“Humanitar dəhlizlərin dərhal açılmasını tələb edirik”- Fələstin prezidenti
Tarix: 21-10-2023 | Saat: 15:45
Bölmə:Karusel / Dünya | çapa göndər

“Biz İsrailin Fələstin xalqına qarşı təcavüzünə son qoyulmasını və humanitar dəhlizlərin dərhal açılmasını tələb edirik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas bildirib.

Yeni Qahirədə keçirilən Fələstin üzrə Qahirə Sülh Sammiti zamanı o, dünya ictimaiyyətindən SAXAL-a təsir göstərməyi və İsrailin təcavüzünü dayandırmağı tələb edib.

Onun sözlərinə görə, Qəzza zolağına təcili humanitar dəhlizlər açılmalıdır.

Prezident mülki şəxslərə qarşı hücumları pisləyib və bütün məhbusları azad etməyə çağırıb.

M.Abbas əlavə edib ki, Qəzza zolağının sakinləri ərazilərdən zorla çıxarılmamalıdır.



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər