Saytımızı qiymətləndirin


 
 

Kremldən “Bloomberg”in “Rusiya Ukraynanı işğal edir” xəbərinə sərt - Reaksiya
Tarix: 05-02-2022 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Kremldən “Bloomberg”in “Rusiya Ukraynanı işğal edir” xəbərinə sərt

Kreml “Bloomberg” tərəfindən səhvən yayımlandığı açıqlanan “Rusiya Ukraynanı işğal edir” xəbərinə sərt reaksiya verib.

Qarabaginfo.az xəbər verir ki, məsələ barədə Kremlin sözçüsü Dmirti Peskov “RİA Novosti”yə danışıb.

“Zənnimcə, artıq yalan xəbər əvəzinə “Bloomberg” xəbəri termini işlədə bilərik. Vaşinqton, London və digər Avropa paytaxtlarından gələn saysız təcavüzkar açıqlamaların yol açdığı gərginliklərin təhlükələrini mükəmməl bir şəkildə ortaya qoyur.

Bu, fövqəladə bir gərginlik mühitinin yarada biləcəyi nəticələrin bir nümunəsidir. Baş verənlərin, belə elanların necə bərpası mümkün olmayan zədələrə yol aça biləcəyinin bir nümunəsidir”, - o xəbərdarlıq edib.

Qeyd edək ki, “Bloomberg” “Rusiya Ukraynanı işğal edir” sərlövhəli xəbər yayımlayıb. Xəbər təxminən yarım saat manşetdə qalıb. Agentlik daha sonra xəbərin səhvən yayımlandığını bildirərək, üzr istəyib.



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər