Saytımızı qiymətləndirin


 
 

Suriyadakı ABŞ bazasına raket zərbələri endirilib
Tarix: 14-02-2024 | Saat: 07:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Suriyanın şərqində, Deyr əz-Zor əyalətində Amerika hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.

Bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, obyektə bir neçə raket atılıb.

Bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilmir.

2023-cü ilin oktyabrında Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ABŞ-nin İraq və Suriyadakı hərbi bazalarına raket və dron istifadə etməklə hücumlar daha tez-tez baş verir.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər