Saytımızı qiymətləndirin


 
 

Fələstinə dəstək olduğu üçün konsertləri ləğv edildi
Tarix: 21-10-2023 | Saat: 10:47
Bölmə:Karusel / Dünya | çapa göndər

felestine-destek-oldugu-ucun-konsertleri-legv-edildi

Dünya şöhrətli pianoçu Fazıl Sayın İsveçrədəki 4 konserti Fələstinə dəstək mesajlarına görə ləğv edilib.

Qarabaginfo.az “Kelebek”ə istinadən xəbər verir ki, söhbət sənətçinin oktyabrın 23, 24, 25 və 26-da Sürix, Bern, Cenevrə və İsveçrənin Luzern şəhərlərində verəcəyi konsertlərdən gedir. 

Məsələ ilə bağlı Fazil Say sosial media hesabından açıqlama verərək bu sözləri deyib:

“Migros (İsveçrə) şirkətinin rəsmiləri İsrail-Fələstin gərginliyi ilə bağlı sosial mediada əks etdirdiyim fikirlərimi konsertlərin ləğvinə səbəb kimi göstərdilər. Bütün yazılarım heç bir dəyişiklik olmadan sosial mediamda qalır. Mən sülh tərəfdarıyam. Bütün bəyanatlarım sülh üçün idi.

24 ildir İsrailə gedən biriyəm. Terror hadisələri hamımız kimi məni də kədərləndirdi. Mən də yazmışdım ki, Netanyahunun gələcəyi olmayan müharibə siyasətini çox yanlış və cinayətkar hesab edirəm. Mən bilirdim ki, Avropada ifadə azadlığına etibar etmək olar və heç bir qaranlıq və ya anlayışsızlıq olmayacaq. Bu narahatedici hadisə mənim inamımı sarsıtdı”. 

 

 



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər