Tarix: 10-05-2022 | Saat: 14:15
Bölmə:Karusel / Region | çapa göndər
“Ukraynadakı hadisələr Moldovaya təsir etsə, biz qonşu dövlətlərdən kömək istəməyə məcbur olacağıq”.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu deyib.
“Moldovanın döyüşə hazır ordusu yoxdur. Ona görə də belə bir hal olsa, biz qonşu ölkələrdən kömək istəyəcəyik. Ötən 30 il ərzində orduya heç bir sərmayə qoyulmayıb. Lakin biz ölkəmizi qorumaq üçün əlimizdən gələni etməliyik. Biz dövlətimizi mövcud imkanlarla müdafiə etməliyik”, - o söyləyib.
Spiker həmçinin bildirib ki, Rumıniya və Ukrayna Moldovada durumun pisləşməsində maraqlı deyillər: “Həm Buxarest, həm də Kiyev bizim mövqeyimizi anlayır. Onlar başqa müharibə ocağının yaranmasını istəmirlər”.
Qeyd edək ki, ötən həftə Dnestryanıda silsilə terror aktları baş verib. Moldova Prezidenti Maya Sandu isə daha əvvəl bildirib ki, hələlik ölkənin təhlükəsizliyi üçün təhdid yoxdur.
Digər xəbərlər